Bakıda özəl klinikada ölüm - Araşdırmalara başlanıldı

9
Yan
2024
17:14

Bakıda özəl klinikada ölüm faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Azreform.info -a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, 2023-cü il dekabrın 21-də 1971-ci il təvəllüdlü Lətafət Məmmədovanın "Mediacare" klinikasında ölməsi ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək.