“İnjuria” Hüquq Jurnalı və “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi 2024-cü ilin yanvar 12-dən etibarən iki aylıq “Miqrasiya və Hüquq” tədris proqramının icrasına başlayır.
Bu gün jurnalın ofisində tədris prosesinə cəlb ediləcək dinləyicilərin bir qrupu ilə görüş keçirdik və əsasən onlayn qaydada təşkil olunacaq tədrisin ayrı-ayrı aspektləri ilə bağlı fikir mübadiləsi apardıq.
Əlavə məlumat üçün bildirmək istyirik ki, proqramın tədris olunmasında məqsəd miqrasiya fenomeni və miqrasiya hüququ ilə yaxından maraqlanan şəxslərin bu sahədə olan biliklərini artırmaq, onlarda miqrasiya hüququ istiqamətində peşə vərdişlərini aşılamaq və miqrasiya idarəetmə bacarıqlarını inkişaf etdirməkdir.
Bunun üçün tədris proqramı çərçivəsində daxili və xarici miqrasiya və miqrasiya hüququnun nəzəri və praktiki aspektləri barədə geniş məlumat veriləcək.