Azərbaycan Tibb Universitetinin kafedra müdiri vəfat edib

9
Yan
2024
15:35

Azərbaycan Tibb Universitetinin (ATU) Tibbi və bioloji fizika kafedrasının müdiri, dosent Şahin Bayramov uzun çəkən xəstəlikdən vəfat edib.

Azreform.info ” xəbər verir ki, bu barədə universitet məlumat yayıb.

Məlumat üçün bildirək ki, Ş.Bayramov 1986-cı ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Elə həmin də Əkinçilik İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışıb. 1992-ci ildən isə fəaliyyətini müxtəlif vəzifələr üzrə ATU-da davam etdirib.