Ağdamda intihar hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, Ballar kəndində 2001-ci il təvəllüdlü İ.Əliyeva özünü asıb.
Bildirilir ki, qadın ailəli olub, hadisədən əvvəl ailədaxili münaqişə səbəbindən 3 körpə övladını da götürərək atası evinə gəlib.
İntihar hadisəsi də 23 yaşlı İradənin atasının evində qeydə alınıb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.