Avtomobil "Aztelekom"un əməkdaşını vurub

9
Yan
2024
12:42

Oğuz rayonunda avtomobil "Aztelekom"un əməkdaşını vurub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Padar kəndində baş verib.

Hərəkətdə olan "Mercedes" markalı avtomobil Padar kənd sakini, Təvəkkül Qazıyevi vurub. Qəzadan sonra avtomobil yol kənarındakı kanala aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan T.Qazıyev Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, xəsarət alan şəxs "Aztelekom"un Oğuz şöbəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.