Ziya Bünyadov prospektində qəza

9
Yan
2024
12:14

Nərimanov rayonu, Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Azreform.info xəbər verir ki, nəticədə də metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.  Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.

Sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.