Türkiyə vətəndaşı Şərurda qəza törədib, ölən var - FOTO

8
Yan
2024
17:42

Şərur rayonunun Cəlilkənd kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.

"Report" xəbər verir ki, Şərur sakini Hüseyn Orucovun idarə etdiyi 68-BH-979 nömrə nişanlı minik avtomobili ilə Türkiyə vətəndaşı olan Bünyamin Erekin idarə etdiyi TIR yük maşını toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü Hüseyn Orucov hadisə yerində ölüb, TIR sürücüsü Bünyamin Erek yaralanıb.

Faktla bağlı araşdırma aparılır.