Fransanın təlimati ilə Avropa İttifaqının prezidenti Şarl Mişel, xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Cozef Borell Azərbaycana qarşı Ermənistanın avantürist siyasətini dəstəkləmək kursu götürüblər. Bu ritorika ilə Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında vasitəçilik missiyasını praktiki şəkildə siyasətini davam etdirməsi mümkün deyil.
Bunu Azreform.info-ya politoloq Məhəmməd Əsədullazadə deyib.
O, qeyd edib ki, əgər, Brüssel əvvəlki kursunu davam etdirsəydi, iki ölkə arasında sülh müqaviləsinin bağlanması yekunlaşa bilərdi.
Avropa İttifaqı və ABŞ hesab edir ki, Ermənistana siyasi dəstək verməklə, Azərbaycana təzyiq siyasəti ilə Cənubi Qafqazda geosiyasi mövqelərini möhkəmləndirəcək. ABŞ və Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində real işlər görə bilərlər. Hazırda Rusiyanin Ermənistanda dayaqları zəifləyib. Qərbin Ermənistan hakimiyyətinə kifayət qədər təsirlərini nəzərə alsaq sülh müqaviləsinin bağlanması mümkündür. Amma, izlədikləri siyasət regionda hərbi eskalasiyaya gətirib çıxaracaq bir prosesdir:
"Ermənistan hakimiyyətinin revanşizm siyasəti və sülhdən yayınması bunu göstərir ki, hərbi eskalasiya mümkün ola bilər. Avropa İttifaqı Ermənistanın Azərbaycana qarşı işğalı davam etdiyi illərdə Yerevanı qınayan açıqlamalar vermirdi. Azərbaycanı açıq şəkildə təhdid edəcək kimi Ermənistanı təhdid etmirdi. Halbuki Qarabağ müharibəsi baş verməsəydi, Rusiyanin regionda mövqeləri güclü olaraq qalacaqdı və Avropa İttifaqının region siyasətinə imkan verməyəcəkdi.
Bu gün Avropa İttifaqının tutduğu siyasi kurs Ermənistan revanşizmə dəstək verir. Qeyd edim ki, Avropa İttifaqı və ABŞ Rusiyanı Ermənistandan uzaqlaşdirmaq siyasətini Azərbaycana təzyiq və sülhə mane olacaq müstəvidə həyata keçirir. Avropa İttifaqı Ermənistanı Azərbaycana qarşı şərti sərhəddə hərbi təxribatlara əl atmasını sövq edir".