İsrailin xarici işlər naziri BMT baş katibini istefaya çağırı

14
Noy
2023
21:34

Azreform.info xəbər verir ki, İsrailin xarici işlər naziri Eli Koen BMT-nin baş katibi Antonio Quterreşi istefaya çağırıb.

Koen BMT-nin Cenevrədəki binasında keçirdiyi mətbuat konfransında deyib:

Quterreş Birləşmiş Millətlər Təşkilatına rəhbərlik etməyə layiq deyil. Quterreş regionda heç bir sülh prosesinə töhfə verməyib... Quterreş bütün azad ölkələr kimi ucadan və açıq şəkildə deməlidir: “Qəzzanı Həmasdan azad edin”.

Times of Israel xəbər verir ki, israilli nazir Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə də görüşlər keçirib.