Fransanın Ermənistana silah satışı Avropa İttifaqının razılığı ilə həyata keçirilir. Bu da Avropa İttifaqının Ermənistan və Azərbaycana qarşı silah embarqosonun götürülməsi deməkdir. Azərbaycan İtaliya, Böyük Britaniya və digər Avropa İttifaqının ölkələri ilə silah ticarəti istiqamətində yeni sazişlər bağlamalö və müasir silahlarla ordunu təchiz etməlidir.
Bunu Azreform.info-ya politoloq Məhəmməd Əsədullazadə deyib.
O, qeyd edib, Azərbaycanın Avropa ölkələrindən Çexiya, İtaliyadan müəyyən sayda silah idxal etmişdi. Hazırda Avropa İttifaqının ölkələri silah satışında maraqlıdır. Azərbaycan Avropa İttifaqı ölkələri ilə təmaslarını inkişaf etdirməlidir. Ermənistan Baş naziri Nikol Paşinya Böyük Britaniya, İtaliya, Fransa və digər Avropa ölkələri ilə siyasi əlaqələri inkişaf etdirir və yeni hərbi əməkdaşlıq müqavilələri bağlayır. Azərbaycan Avropa İttifaqı ilə əlaqələri yüksək səviyyədə qaldırmalı və müəyyən fikir ayrılıqlarının aradan qaldırılmasına çalışmalıdır:
"Bu gün Avropa İttifaqının Azərbaycana qarşı təzadlı siyasətindən Rusiya faydalanır. Rusiya Azərbaycanı tərəfdaş və qarışıqlı etimad müstəvisində bir ölkə kimi görmür. Rusiya müəyyən qədər güc toplayacaqsa, Azərbaycanı təhdid edəcək. Necə ki, Ukraynaya hücumdan iki gün öncə Azərbaycanla strateji müttəfiqlik müqaviləsi imzaladı. Rusiya rəhbərliyi tarix boyu öz imzasına hörmət etməyənlərdən ibarət olub".