Türkiyədən Ərəbistana gedəcək azarkeşlərə xəbərdarlıq: "Bu sözü demək olmaz"

29
Dek
2023
14:42

Türkiyə Futbol Federasiyası matç üçün Səudiyyə Ərəbistanına gedəcək azarkeşlərə xəbərdarlıq edib.

Azreform.info “Haberler.com”a istinadla xəbər verir ki, TFF “xurma” sözü qadın mənasını verdiyi üçün diqqətli olmaları barədə çağırış edib.

Qurumdan bildirilib ki, xurma alarkən “tamr” sözündən istifadə edilməlidir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda "Galatasaray"la "Fenerbahçe" arasında Superkubok matçı keçiriləcək. 

Günay