QHT sədri valideynləri ehtiyatlı olmağa çağırdı

28
Dek
2023
18:16

 

“Gənclərin Anti-Narkomaniya“ ictimai birliyinin sədri Büllur Məmmədova bayram günlərində müxtəlif şənlik tədbirlərinə qatılan yeniyetmələrin xüsusi risk zonasında olduğunu bildirib. Bu səbəbdən valideynlərə səslənən ictimai birliyin sədri bunları deyib:

“Əziz valideynlər! Bayram günlərində övladlarınızdan ehtiyatlı olun. Əsasən də “PARTY” adı altında keçirilən məclislər zamanı nəzarətinizi əsirgəməyin. Təcrübə göstərir ki, narkotikə qurşanan gənclər ilk istifadə ilə bağlı təklifi ilk dəfə məhz həmyaşıdları arasında keçirilən yığıncaqlar zamanı alır və ilk istifadə də məhz həmin vaxt baş verir. Bəzən, ilk istifadənin mahiyyətini, bunun törədəcəyi fəsadları anlamayan gənclər olur. Buna görə valideynlər belə özəl günlərdə daha çox övladlarına diqqət yetirməlidir", - deyə QHT sədri bildirib.