AFFA hakimləri təhqir edən 5 futbolçunun cəzasını açıqlayıb.
“Azreform.info ” xəbər verir ki, bu cəzalar Region Liqası, Gənclər Liqası və U-17 Liqasında keçirilən oyunlardakı neqativ hallara görə verilib.
Region Liqasında “Lənkəran”dan Xalid Qasımzadə “Masallı” ilə, Gənclər Liqasında İCBFA-dan Emin Qurbanov “Neftçi” ilə, U-17 Liqasından “Araz Naxçıvan”dan isə Qurban Əliyev, Kazım Zülfüqarlı və Səid Bağırzadə Universal Football Academy ilə oyunda hakimlərin ünvanına qeyri-etik ifadələr işlətdikləri üçün 4 matçlıq diskvalifikasiyaya məruz qalıblar.
Region Liqasında çıxış edən “Lənkəran”ın digər oyunçusu Əli Məcidov isə “Masallı” ilə qarşılaşmada qeyri-etik ifadə və ya hərəkətə görə 3 oyunluq cəzalandırılıb.