Daha bir sığorta agentliyinin lisenziyasının qüvvəsi dayandırıldı

27
Dek
2023
17:21

Azərbaycan Mərkəzi Bankı (AMB) “Agents Tim” MMC-yə verdiyi sığorta agenti lisenziyasının qüvvəsini 3 ay müddətinə dayandırıb.

Bu barədə Azreform.info -a tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bu qərar dekabrın 26-da “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziyaların qüvvəsi verilmiş təqdimat vaxtında və tam yerinə yetirilmədiyi üçün dayandırılıb.