Qurban Qurbanov bu qış üçün neçə transfer planlaşdırır?

27
Dek
2023
17:07

«Qarabağ»ın bu qış transfer etmək istədiyi futbolçuların sayı müəyyənləşib.

Qurban Qurbanov 3 zonaya yeni adların alınmasını planlaşdırıb.

Baş məşqçi pleymeker, cağ cinah yarımmüdafiəçisi və mərkəz müdafiəçisi mövqeləri üzrə axtarışa çıxıb. Təcrübəli mütəxəssis öncəliyi yerli bazara verib.

O, ilk növbədə Azərbaycan pasportu daşıyan oyunçuların güşərgəyə cəlb olunmasında maraqlıdır.

Millinin üzvlərindən Aleksey İsayevlə Anton Krivotsyukun adı bu mənada təsadüfən həmin siyahıda yer almır. Qurbanov bu zonalara onlara gətirə bilməsə, diqqətini legionerlərə yönəldəcək.