“Kapital Bank” 3 illik planlarını açıqlayacaq

27
Dek
2023
08:42

“Kapital Bank” ASC səhmdarları növbədənkənar toplanır.

Azreform.info ”ın məlumatına görə, yığıncaq 2024-cü il anvarın 22-i, saat 11.00-da, Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 2E nömrəli ünvanda yerləşən Bankın Ofisində baş tutacaq.

Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə 2024-2026-cı illər üzrə “Kapital Bank” ASC-nin strateji planları, strateji baxış və missiya bəyanatı haqqında məlumat, Bankın Müşahidə Şurasının əsasnaməsinin yenilənməsi və digər məsələlər daxildir.

Könül
Azreform.info