Türkiyə millisinin və “Qalatasaray”ın sabiq baş məşqçidi Fatih Terimin yeni iş yeri bəlli olub.
“Azreform.info ” xəbər verir ki, təcrübəli mütəxəssis Yunanıstanın “Panatinaikos” klubu ilə anlaşıb.
Klubunun yaydığı məlumata görə, tərəflər arasında 1,5 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, “İmperator” son olaraq 2021/2022 mövsümündə “Qalatasaray”ı çalışdırıb.