“Zirə” yeni futbolçu ilə anlaşıb.
Paytaxt təmsilçisindən Azreform.info a verilən məlumata görə, komanda Ceyhun Nuriyevi “Sabah” klubundan transfer edib.
22 yaşlı yarımmüdafiəçiylə 2,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ceyhun Nuriyev Azərbaycan millisində də çıxış edib.