Britaniyanın “FourFourTwo” jurnalı 21-ci əsrin ilk 10 ilinin milli komandalarının ən yaxşı oyunçularının reytinqini tərtib edib.
Reytinqdə ilk yerdə “Barselona” və “Milan”da çıxış edən braziliyalı hücumçu Ronaldinyo qərarlaşıb.
Beləliklə, “FourFourTwo”nun versiyasına görə, 2000-ci illərin milli komandalarının ən yaxşı 10 oyunçusu aşağıdakı kimi sıralanıb:
1. Ronaldinyo - Braziliya millisi;
2. Zinəddin Zidan - Fransa;
3. Kaka - Braziliya;
4. Andres İnyesta - İspaniya;
5. Xavi - İspaniya;
6. Kriştianu Ronaldu - Portuqaliya;
7. Ronaldo - Braziliya;
8. Rio Ferdinand - İngiltərə;
9. Andrea Pirlo - İtaliya;
10. Lionel Messi - Argentina.
Həmçinin vurğulanıb ki, Ronaldinyo “Qızıl top” mükafatının qalibi (2005) olmaqla, eyni zamanda, 2004 və 2005-ci illərdə FİFA-nın versiyasına görə, dünyanın ən yaxşı futbolçusudur. O, Braziliya millisinin heyətində 2002-ci ildə dünya çempionu olub.