Azərbaycan Premyer Liqasının XVIII turunda keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu zamanı aşan Tovuz şəhər stadionunun işıq dirəyi ilə bağlı mütəxəssislər dəyərləndirmə aparırlar.
Bu barədə qərb klubunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, rəhbərlik işıq dirəyinin dəyişdirilməsi prosesinə başlamaq üçün yekun rəyi gözləyir: “Hazırda mütəxəssislər dəyərləndirmə aparırlar. Onların verəcəkləri məlumata əsasən klub rəhbərliyi yekun qərar verəcək”.
Qeyd edək ki, dekabrın 23-də keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” qarşılaşmasının 81-ci dəqiqəsində işıq dirəyi aşdığı üçün oyunun son dəqiqələri ertəsi gün təşkil edilib. Tovuzlular matçdan 3:1 hesablı qələbə ilə ayrılıblar.