Qurban Qurbanov Azərbaycan çempionatlarında 500-cü oyununu keçirib

25
Dek
2023
17:14

Qurban Qurbanov baş məşqçi kimi Azərbaycan çempionatlarında 500-cü oyununu keçirib.

Azreform.info -ın Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən məlumatına görə, “Qarabağ”ın baş məşqçisinin yubileyi Azərbaycan Premyer Liqasının XVIII turuna təsadüf edib.

Ağdam klubu səfərdə “Zirə” ilə görüşüb. 51 yaşlı mütəxəssisin yetirmələri 500-cü qarşılaşmada 1:0 hesabı ilə qalib gəliblər.

O, karyerası ərzində iki kluba – “Neftçi” və “Qarabağ”a rəhbərlik edib. Q.Qurbanovun kollektivləri 500 görüşdə 312 qələbə qazanıb, 117 heç-heçə edib və 71 dəfə uduzublar.

Qurbanov Premyer Liqadakı oyun sayında mütləq rekordçudur. İkinci sırada olan Qəhrəman Əliyevin hesabında 381 matç var.

Qeyd edək ki, mütəxəssisin debütü 2006/2007 mövsümündə gerçəkləşib. 2006-cı il avqustun 6-da Qurbanovun baş məşqçisi olduğu “Neftçi” “Gənclərbirliyi”ni 6:1 hesabı ilə məğlub edib.