Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir

13
Noy
2023
16:27

Azərbaycanın etibarlı tərəfdaş olması dünyadakı dostlarının sayı ildən-ilə artır. Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir və önəmli iqtisadi əlaqələr yaradılır. Şavkat Miromonoviç Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana edib. Bu, iki ölkə arasında qardaşlıq münasibətlərinin nə dərəcədə dərin olmasını bir daha nümayiş etdirir.


Azərbaycanın xarici siyasətində İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrlə əlaqələr də prioritet istiqamətlərdən birini tutur. Ulu Öndər Heydər Əliyev də ECO-nun fəaliyyətinə xüsusi önəm verirdi. Belə ki, Ümummilli Lider hələ 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürüb. Hazırda bu siyast yenə də uğurla davam etdirilir.

Ölkəmizdə olan münbit sərmayə iqliminin nəticəsi olaraq, son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür.

Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevrilməsi, azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verililməsi barədə cənab prezident dəyərli fikirlər söyləmişdir. Cənab prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışında bildirmişdir ki, “Ermənistan Azərbaycanın 20 faizə yaxın ərazisini təqribən 30 il ərzində işğal altında saxlamaqlaetnik təmizləmə siyasəti aparmış və bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuş, qaçqın və məcburi köçkünə çevrilmişdir. 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsindən irəli gələn legitim özünümüdafiə hüququndan istifadə edərək Vətən müharibəsində Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratmış və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində kağız üzərində qalmış dörd qətnamənin icrasını özü təmin etmişdir.
Erməni vandalizmi nəticəsində, Ermənistan Azərbaycanın doqquz şəhərini və yüzlərlə kəndini yer üzündən silmiş, İslam dininə məxsus mədəni və tarixi irsimizi dağıtmış və təhqir etmişdir. 67 məsciddən 65-i dağıdılmış, qalanları isə inək və donuz saxlanılması üçün tövlə kimi istifadə olunmuşdur.

Prezident İlham Əliyevin 9 noyabr tarixində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısındakı çıxışında təşkilat şərçivəsində önəmli iqtisadi əlaqələrin qurulmasını vurğulayıb: “İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü kimi Azərbaycan təşkilatın işində fəal iştirak edir. Azərbaycan ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib”. Azərbaycanın regional iqtisadi layihələrin məkəzi olması müstəqil siyasətin yürüdülməsinin nəticəsidir. Bir sıra təşəbbüslər Azərbaycanda başlayır və icraçılıq da Azərbaycanın hesabına olur. Bu tədbirlərin keçirildiyi yer də yenə Azərbaycandır. Bütün bunlar üçün həm iqtisadi imkan, həm siyasi əlaqələr, həm də dövlətçilk mədəniyyəti lazımdır. Bu baxımdan Azərbaycan ECO-nun fəaliyyətinə də töhfələrini davam etdirir.

Azərbaycan, Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alan Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyir. Habelə regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edən Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb. Bütün bu təşəbbüslərin reallaşması təşkilata üzv ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə, Şərqdən Qərbə yüklərin daha qısa zamanda və sərfəli qiymətə daşınmasına xidmət edəcəkdir.

Zirvə toplantısında cənab Prezidentin dediyi kimi Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır: “Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmiryolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik”. Prezident İlham Əliyev ECO-nun 16-cı Zirvə toplantısı çərçivəsində Daşkənddə üzv dövlətlərdən bir neçəsinin rəhbərləri ilə təkbətək görüşlərindən də bu məsələni qabardıb.

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının işinə böyük əhəmiyyət verir və bu qurumun fəaliyyətinə töhfələrini davam etdirir. Ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. Belə ki, təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib. Dövlət başçısı İlham Əliyev xüsusi vurğulayıb ki, Azərbaycan ECO-nun üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdır və təşkilatın növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazırdır.

Bu gün İqtisadi Əməkdaşlıq Təşkilatı ilə üzv olan dövlətlərlə Azərbaycanın geniş iqtisadi əlaqələri və dostluq münasibətləri mövcuddur. Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərlə sıx əməkdaşlıq etməsi iqtisadi potensialımızı daha da artırır və yeni layihələrin həyata keçməsinə şərait yaradır.

Etibar Əhmədov
Xətai rayon İcra Hakimiyyəti