“Liverpul”un hücumçusu Məhəmməd Salah Premyer Liqanın XVIII turunda “Arsenal”la matçda qola imza atıb.
31 yaşlı misirli oyunun 29-cu dəqiqəsində hesabı bərabərləşdirib.
Bu, futbolçunun tarixdə London klubunun qapısına vurduğu 10-cu qol olub.
Qeyd edək ki, Salah Premyer Liqa tarixində “Arsenal”, “Mançester Siti” (11) və “Mançester Yunayted” (12) komandalarına qarşı 10+ qol vuran yeganə oyunçudur.
Xatırladaq ki, dünənki “Liverpul” - “Arsenal” matçı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Londonlular Premyer Liqada liderliyini davam etdirir. “Liverpul” isə ikinci yerdədir.