İngiltərə Premyer Liqası nəhəngi "Liverpul" Avropa Super Liqası layihəsi ilə bağlı qərarını açıqlayıb.
Qaynarinfo-nun məlumatına görə, bu barədə klubdan açıqlama verilib. Açıqlamada, "Avropa Ədalət Məhkəməsinin dünənki qərarı "Liverpul"un Avropa Super Liqası ilə bağlı əvvəlki mövqeyini dəyişmir. İştirakımız dayandırılıb. Biz Avropa Klublar Assosiasiyası (ECA) vasitəsilə klublarla işləməyə və UEFA-nın keçirdiyi yarışlarda iştirak edəcəyik" - deyə bildirilib.
Avropa Super Liqası təşəbbüsü 2021-ci il aprelin 19-da "Arsenal”, "Mançester Yunayted”, "Çelsi”, "Liverpul”, "Mançester Siti”, İngiltərədən "Tottenhem”, İtaliyadan "Milan”, "İnter” və "Yuventus”, İspaniyadan "Atletiko Madrid”, "Barselona” və "Real" tərəfindən irəli sürülmüşdü. FİFA, UEFA və idman ictimaiyyətinin sərt reaksiyalarından sonra "Real", "Barselona”, "Yuventus”dan başqa doqquz klub bu təşkilatdan çıxdığını açıqlamışdı.
UEFA və FİFA komandanı tərk etməyən üç komandanın bağlı təşkilatlardan və milli liqalardan qovulması və beynəlxalq oyunlara oyunçu göndərməsinə icazə verilməməsi kimi sanksiyalarla üzləşə biləcəyi barədə xəbərdarlıq etmişdi. Baş verənlərdən sonra məsələ Avropa Məhkəməsinə çıxarılmışdı.
İngiltərə klublarından "Tottenhem", "Mançester Siti", "Arsenal" və "Çelsi" Superliqadan imtina etdiklıərini açıqlayıb.