İsrail İranda məxfi mərkəzi vurdu - ABŞ rəsmisi

16
Noy
2024
01:00

"Oktyabrın sonunda İsrailin İran ərazisinə irimiqyaslı zərbə endirməsi Parçin şəhərində çox məxfi nüvə silahı tədqiqat mərkəzinin dağıdılmasına səbəb olub".

Azreform.info Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ- dan olan üç məmur, həmçinin biri hazırkı və biri keçmiş İsrail rəsmisi bunu təsdiqləyib.

Keçmiş Təl-Əviv rəsmisi, hücum nəticəsində nüvə qurğusunda uranı əhatə edən və uranı partlatmaq üçün lazım olan plastik partlayıcıları yaratmaq üçün nəzərdə tutulmuş mürəkkəb avadanlıqların məhv edilib.