Azərbaycanın daha bir cüdoçusu Avropa çempionatında qızıl medal qazandı

15
Noy
2024
20:35

Azərbaycan təmsilçisi Fidan Əlizadə Polşanın Pila şəhərində keçirilən 23 yaşadək cüdoçular arasında Avropa çempionatının qızıl medalını qazanıb.

Azreform.info “Report”a istinadən xəbər verir ki, idmançımız 63 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu gün daha əvvəl Azərbaycan cüdoçusu Hüseyn Allahyarov (73 kq) qızıl medal qazanıb. Aydan Vəliyeva (52 kq) isə həlledici mərhələdə uduzub.