500-dən çox ABŞ hərbçisi intihar edib

15
Noy
2024
19:21


2023-cü ildə ABŞ hərbi qulluqçuları arasında 523 intihar hadisəsi qeydə alınıb.

Azreform.info xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) məlumatında deyilir. 

Bildirilir ki, bu da əvvəlki illə müqayisədə 6% çoxdur. 

Pentaqonun məlumatına görə, 2023-cü ildə ABŞ hərbçiləri arasında intiharların sayı əvvəlki illə müqayisədə 30 nəfər çox olub. İntihar halları fəal kadrlar arasında 12 faiz, ehtiyatda olanlar arasında isə 8 faiz artıb. Eyni zamanda, Milli Qvardiyanın əməkdaşları arasında müvafiq göstərici 5% azalıb.

2023-cü ildəki rəqəmlərin əvvəlki illə müqayisədə daha yüksək olmasına baxmayaraq, Pentaqon vurğulayıb ki, ümumi statistika sabit olaraq qalan uzunmüddətli tendensiyaya uyğundur. 

Mürtəza
Azreform.info