Prezident təyyarəsi ilə bağlı xaricdə yarana biləcək yanacaq problemləri Rusiya lideri Vladimir Putinin səfərləri ilə əlaqədar qərarlara təsir edə bilər.
Azreform.info xəbər verir ki, bunu RF prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Əlbəttə, dövlət başçısının səfərləri çox ciddi şəkildə həyata keçirilir və bütün lazımi təminatlar alınır. Əgər suallar yaranarsa, təbii ki, bu, başqa səviyyəli təmaslar üçün səbəb ola bilər”, – Peskov xarici işlər naziri Sergey Lavrovun Qərbin sanksiyaları səbəbindən “Rusiya” xüsusi uçuş dəstəsinin təyyarəsinin yanacaqla doldurulmasında yaranan problemlər barədə sözlərini şərh edərkən deyib.
Mürtəza
Azreform.info