Son illərdə mən bizim İstiqlal Bəyannaməsini onlarla dəfə təkrar oxudum və belə bir dəhşətli nəticəyə gəldim ki, Müstəqillik Bəyannaməsinin məzmununa görə Ermənistan Respublikası mövcud ola bilməz.
Azreform.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bəyan edib.
“Bu bizim ən böyük problemimiz və faciəmizdir. İndi isə "əsl Ermənistan kimdir?", "əsl Ermənistan nədir?" sualı budur. Əsl Ermənistan vətəndaşı odur ki, bu ölkədən kənarda vətən, dövlət axtarmır. O axtarıb, axtarıb sonda Ermənistan Respublikasını vətən kimi tapıb”, - Paşinyan qeyd edib.
Mürtəza
Azreform.info