Fransa hakimiyyəti inflyasiya böhranı ilə uğurla mübarizə aparıb və 2024-cü ildə inflyasiya səviyyəsi 2%-dən bir qədər yüksək olacaq, yəni indiki səviyyənin yarısı. Azreform.info xəbər verir ki, bunu respublikanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Bruno Le Maire deyib.
“Biz inflyasiya ilə mübarizədə qalib gəlirik, inflyasiya böhranı arxada qalıb. Mən bunu təsdiq edirəm. 2024-cü ildə inflyasiyamız 2%-dən bir qədər yuxarı olacaq, biz normala qayıdacayıq”, - o, France Inter radiosunda deyib.