Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov COP29 çərçivəsində Kipr Respublikasının xarici işlər naziri Konstantin Kobosla görüşüb.
“Azreform.info ” xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər beynəlxalq məsələlər üzrə mövqelərin daha yaxşı anlaşılması üçün dialoqun vacibliyini vurğulayıblar.