Qazaxıstanda ölkənin birinci prezidenti Nursultan Nazarbayevin kiçik qardaşı, iş adamı Bolat Nazarbayev 70 yaşında vəfat edib. Bu barədə keçmiş dövlət başçısının mətbuat katibi Aidos Ukibay X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
Ukibay deyib ki, Nazarbayev uzun müddət xəstə idi. Noyabrın əvvəlində eks-prezidentin kiçik qardaşı Almatı Mərkəzi Klinik Xəstəxanasına aparılıb. 365info.kz portalı onun təkrar miokard infarktı şübhəsi ilə xəstəxanaya yerləşdirildiyini yazıb.
Azreform.info-nun məlumatına görə, keçən yay “Express K” portalı yazmışdı ki, xəstəxanada pnevmoniya və trombozla ağırlaşan qırtlaq xərçəngi diaqnozu qoyulub.