İlham Əliyev: İndi Qarabağ torpağında separatçıların izi, tozu da qalmayıb

8
Noy
2024
12:49

Biz bir güllə atılmadan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmişik. Ondan sonra aparılan məqsədyönlü və düşünülmüş siyasət, qətiyyətli addımlar nəticəsində biz həm siyasi, həm strateji və hərbi-strateji mövqelərimizi böyük dərəcədə gücləndirdik.

Azreform.info xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciətində səsləndirib.

Vacib yüksəklərə nəzarətimiz təmin olunandan sonra bir qrup separatçının, Qarabağda və Ermənistanda onların arxasında duranların aqibətinin bəlli olduğunu söyləyən dövlət başçısı onlara seçim verildiyini və yenə də düzgün qərar qəbul etmədiklərini vurğulayaraq deyib: “2023-cü ilin sentyabrında keçirilmiş cəmi bir neçə saat davam edən antiterror əməliyyatı onlara növbəti dərs olmuşdur və bununla da separatçılığın kökü kəsildi, kitabı bağlandı. İndi isə Qarabağ torpağında separatçıların izi, tozu da qalmayıb”.