16 yaşından aşağılara sosial şəbəkələr qadağan ediləcək

8
Noy
2024
17:49

Avstraliyada 16 yaşından aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qanun layihəsi müzakirə edilir. Baş nazir Entoni Albenes sözügedən qanunla bağlı təşəbbüs irəli sürüb.

Azreform.info Yenisabah.az-a istinadən xəbər verir ki, başda baş nazir Albenes olmaqla, bir çox deputatlar bu qanunun istər uşaqlar, istərsə də valideynlər üçün olduqca faydalı olacağını bildirib. Qanun layihəsinə əsasən, 16 yaşından aşağı olan şəxslərin hər hansısa sosial şəbəkəyə girişi mümkün olmayacaq. 

SUPER40 endirim kodu - Sən sifariş edənə qədər bəlkə də bu məhsullar tükənəcək!

Avstraliya məclisində müzakirə olunduqdan və qəbul edildikdən 12 ay sonra qanun qüvvəyə minəcək. Bu layihənin bir çox ölkələrdə də tətbiq olunacağı gözlənilir.