Türkiyənin “Beşiktaş” klubu baş məşqçisi Rza Çalımbayı istefaya göndərib.
“Azreform.info ”ın məlumatına görə, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bildirilib ki, Superliqanın XVII turunda “Alanyaspor”la (1:3) oyundan sonra rəhbərlik iclas keçirib. Toplantıda 60 yaşlı mütəxəssislə yolların ayrılması qərara alınıb.
Qeyd edək ki, Rza Çalımbay noyabrın 10-da “Beşiktaş”ın baş məşqçisi təyin olunmuşdu. O, bu postda cəmi 41 gün qala bilib.