Bakıda "Azərişıq" ASC-nin əməkdaşını elektrik cərəyanı vurub.
Azreform.info xəbər verir ki, hadisə Sabunçu rayonu, S.Qocayev küçəsində baş verib.
Sabunçu rayon İşıq İdarəsinin elektriki 47 yaşlı Emin Mirzə oğlu Hüseynov işıq dirəyində iş görən zaman cərəyan vurub.
Hadisə nəticəsində o, yerindəcə keçinib.