Azərbaycanda gənc qadın toyda rəqs edərkən qəfil öldü

26
Okt
2024
10:35

Azərbaycanda gənc qadın toyun ortasında ölüb.

Azreform.info -ın əldə etdiyi məlumata görə, hadisə Şəki rayonunda qeydə alınıb.

Belə ki, rayonun Qoxmuq kənd sakini olan 40 yaşlı R.A (ad şərtidir) şəhər ərazisində yerləşən şadlıq saraylarının birində qardaşı övladının toyunda rəqs edərkən qəfil yerə yıxılıb.

O dərhal xəstəxanaya aparılsa da, qadının öldüyü məlum olub.

R.A-nın ürəktutmasından vəfat etdiyi bildirilir.

Azreform.info