Bir neçə gün əvvəl ana olmuşdu, qəfil vəfat etdi

26
Okt
2024
10:14

Şirvanda bir neçə gün əvvəl doğuş etmiş qadın vəfat edib.

Azreform.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, ötən gecə Şirvan şəhər Yeni qəsəbə sakini 1998-ci il təvəllüdlü Yusubova Səma Əlişükür qızı ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasına çatdırılıb. Lakin az sonra qadın dünyasını dəyişib.

Bildirilib ki, S.Yusubova iki həftə əvvəl qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Onun bədənində tromboemboliya olması və bu səbəbdən səhhətinin qəfil pisləşməsi bildirilib.

Faktla bağlı araşdırma aparılır.