Bakıda qaçırıldığı bildirilən yeniyetmə qız artıq valideynlərinə təhvil verilib.
Azreform.info xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Lənkəran regional qrupundan məlumat verilib.
Həmçinin qurumdan bildirilib ki, yaşayış yeri üzrə polis əməkdaşları tərəfindən məsələ ilə bağlı nəzarət tədbirləri həyata keçiriləcək.