Alkoqol istehlakına görə Danimarka liderdir, ondan sonra Rumıniya, Böyük Britaniya, Lüksemburq və Almaniya gəlir. Bu ölkələr böyüklərin 30%-dən çoxunun ayda ən azı bir dəfə "ağır dozada" spirt içdiyini etiraf etməsi ilə fərqlənir.
Azreform.info-nun məlumatına görə tədqiqat qeyd edir ki, sorğunun keçirildiyi 29 ölkədə orta hesabla hər beş böyüklərdən biri (19%) ayda ən azı bir dəfə spirtli içki qəbul etdiyini etiraf edib. O da qeyd olunub ki, ən az spirtli içki qəbul edənlər Türkiyə kimi müsəlman ölkələrinin sakinləri arasında aşkar edilib ki, burada əhalinin cəmi 3%-i belə vərdişlərə yol verib.