“Bu günlərdə Moldovada seçkilər keçirildi və orada hətta referendumun nəticələrini xaricdə yaşayan moldavanların verdiyi səs dəyişdi. Azərbaycan vətəndaşlarının da əhəmiyyətli hissəsi xarici ölkələrdə işləyirlər, yaşayırlar”.
Azreform.info xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentdə çıxışı zamanı deyib. O bildirib ki, onların yaşadıqları, işlədikləri şəhərlərin hamısında bizim seçki məntəqələri yaratmaq imkanımız yoxdur:
“Ona görə də, onlar bu imkanlardan məhrum olurlar. Bir çox ölkələrin də təcrübəsi var. Qarşıdan bələdiyyə seçkiləri gəlir. Bəlkə bələdiyyə seçkilərinə qədər heç olmasa pilot layihə kimi bir neçə seçki dairəsində vətəndaşlara onlayn qaydada səsvermə hüququnun tanınması haqqında məsələyə baxaq. Bunu icra hakimiyyəti orqanları ilə də müzakirə edə bilərik. Onlar özlərinin PİN kodlarını daxil etməklə onlayn qaydada öz səslərini verə bilsinlər”.
Mürtəza
Azreform.info