Almaniya millisinin və "Fənərbağça"nın sabiq futbolçusu Maks Kruze karyerasını bitirdiyini elan edib.
Azreform.info xəbər verir ki, 35 yaşlı futbolçu sosial mediada verdiyi açıqlamada "Təşəkkür edirəm, peşəkar futbol" - ifadələrinə yer verib.
Almaniya xaricində yalnız "Fənərbağça"da oynamış futbolçu karyerası ərzində meydana çıxdığı 558 matçda 122 oyunda 162 qola, 134 məhsuldar ötürməyə imza atıb.