Prokuror sevgilisinin 5 sevgilisini TUTDURDU

17
Okt
2024
15:28

Türkiyənin Zonquldak vilayətinin Çaycuma rayonunda prokuror sevgilisinin keçmişdə birlikdə olduğu şəxsləri həbs edib.

Azreform.info -ın modern.az-a istinadən məlumatına görə, bu barədə Türkiyənin "haberler.com" nəşri yazıb.

Saxlanılan şəxslər arasında vəkil və hərbçilərin olduğu bildirilir. Ümumilikdə 5 nəfər həbs edilib.

Onlar prokurorun sevgilisinin adına saxta intaqram hesabı açaraq şəxsi məlumatları paylaşmaqda ittiham edilir.

Saxlanılan 5 nəfərin kompüterləri və şəxsi əşyaları yoxlanılıb. 

Mətbuat adı açıqlanmayan prokurorla əlaqə saxlayıb. "Mən bu məsələ ilə bağlı açıqlama verə bilmərəm, Baş Prokurorumuz məsələni yaxından izləyir. O, açıqlama verə bilər", - prokuror deyib.