“Hər oyunumuzdan sonra bunu arzulayırdım”

21
Dek
2023
16:35

“Hər oyunumuzdan sonra arzulayırdım ki, Qarabağ qayıtsın, burada oynayaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl jurnalistlərə açıqlamasında bildirib.

“Buna inanırdıq. 21 ildir klubun rəhbərliyindəyik və 21 il sonra bura qayıtdıq. Möhtəşəm oyun oldu. Çox sevinirəm ki, komandam qələbə qazandı.

MOİK də möhtəşəm oynadı. Əsgərlərin ruhu var idi onlarda. Əgər qələbə qazansaydılar, üzülməyəcəkdim”.