İranda spirtli içkidən kütləvi zəhərlənmə baş verib, 48 nəfər ölüb

13
Okt
2024
22:00

Son iki həftədə Mazandaran, Gilan, Həmədan və Zəncan əyalətlərində metil spirtindən istifadə səbəbindən yüzlərlə insan zəhərlənib, 48 nəfər ölüb.

Azreform.info APA-ya istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Məlumata görə, zəhərlənənlalərin çoxu görmə qabiliyyətini itirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları zərərli maddənin istehsalçılarını və satıcılarını aşkar edərək saxlayıblar.