Ermənistan Azərbaycanla sərhəddə görün nə bayrağı qaldırdı - VİDEO

10
Okt
2024
22:35

Ermənistan Azərbaycanla sərhəddə üzərində səlibçi xaçının əks olunduğu dövlət bayrağı qaldırıb.

Azreform.info APA-ya istinadla xəbər verir ki, Ermənistanın dövlət sərhədində qaldırdığı bayraqların üzərində səlibçi xaçları aydın görünür.

Məlumdur ki, Ermənistanın dövlət bayrağı üzərində xaç təsviri yoxdur. Belə görünür ki, Ermənistan Azərbaycana qarşı səlibçi niyyətini ifadə etmək üçün dövlət bayrağı üzərində dəyişiklik etmək qərarına gəlib.

Səlib (xaçlı) yürüşlərini simvolizə edən xaç elementini bayrağı üzərinə əlavə edib, Azərbaycanla sərhəddə qaldıran Ermənistanın hansı məqsədlər güddüyü bu addımından aydın görünür.