Azərbaycan beynəlxalqa münasibətlər sistemində məsuliyyətli üzvü olmaqla yanaşı, etibarlı tərəfdaşı kimi çıxış edib.
Azreform.info xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafaraova parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Spiker bildirib ki, Azərbaycan etirbarlı tərəfdaş kimi həm ikitərəfli münasibətlərdə, həm də qlobal məsələlərdə özünü sübut edib. “Azərbaycanın dünyada sülh və sabitlik sahəsindəki fəaliyyəti danılmazdır”, - spiker bildirib.
Spiker əlavə edib ki, Azərbaycan xarici siyasətində hər zaman milli maraqları əsas götürüb və ona uyğun şəkildə siyasət yürüdüb. “Cənab Prezidentin bu məsələ ilə bağlı bir kəlamını diqqətinizə çatdırmaq istərdim. Heç kim bizə heç nəyi diktə edə bilməz. Odur ki, heç bir qüvvə bizimlə diktə ilə danışa bilməz”, - spiker qeyd edib.
Mürtəza
Azreform.info