Britaniya kralı xərçəng xəstəliyinin müalicəsini müvəqqəti dayandıracaq

8
Okt
2024
02:21

Britaniya kralı III Çarlz Britaniya Birliyinin hökumət başçılarının iclasında iştirak etmək üçün xərçəng xəstəliyinin müalicəsini müvəqqəti dayandıracaq. 

Azreform.info Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.

Nəşrin məlumatına görə, kral həkimləri monarxa xərçəng xəstəliyinin müalicəsini dayandırmağa icazə veriblər: bu, III Çarlzın Avstraliya və Samoaya səfər edə bilməsi üçün lazımdır. 


Oktyabrın ikinci yarısında kral Kanberra və Sidneyə gələcək, sonra isə Birlik ölkələrinin hökumət başçılarının görüşünə qatılacaq.

Qeyd olunur ki, III Çarlz Britaniyaya qayıdan kimi onun müalicəsi bərpa olunacaq.

Qeyd edək ki, Bukingem sarayı bu ilin fevralında Britaniya monarxına xərçəng diaqnozu qoyulduğunu açıqlayıb. III Çarlz dərhal müalicəyə başlayıb, bu müddət ərzində həkimlər ona ictimai tədbirlərdə iştirakdan imtina etməyi tövsiyə ediblər. Sentyabrda kralın səhhətinin həkimlər tərəfindən müsbət qiymətləndirildiyi bildirilib.