Ermənilər rollarını oynadıqdan sonra lazımsız əşya kimi atılacaqlar - AÇIQLAMA

7
Okt
2024
19:07

Biz zaman-zaman istər ermənilərin, istər erməni lobbisinin, istərsə ermənilərin havadarlarının, istərsə də anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı məkrli planlarının şahidi olmuşuq, lakin cənab Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasəti və diplomatiyası nəticəsində bizəyönəlik çirkin oyunlar iflasa uğrayıb, bundan sonra da uğrayacaq.

Bunu Azreform.info -a açıqlamasında deputat İlham Məmədov deyib.

O bildirib ki, biz Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəf Dövlətlərinin 29-cu görüşünə (COP29) ev sahibliyi etdiyi ərəfədə də belə məkrli oyunların şahidi olmaqdayıq. "Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələr imkan düşdükcə, ölkəmizə qarşı təzyiq və təbliğat kampaniyasına başlayır. Son günlərdə erməni lobbisinin təsiri altında olan amerikalı konqresmenlər Azərbaycana qarşı təzyiq xarakterli çirkin oyunlara  başlayıb. Təəssüflə deməliyəm ki, bunun başında elə ABŞ hakimiyyətinin yüksəkrütbəli məmurları dayanır. Cənab Prezidentin bəyan etdiyi kimi, bunun arxasında ABŞ dövlət katibi və Dövlət Departamenti dayanır. Əgər məsələnin mahiyyətinə diqqət yetirsək görərik ki, bunun arxasında heç də ermənilərə sevgidən irəli gələn məsələ deyil, Amerika maraqlarını bölgədə təmin etmək durur. Sadəcə, onlar digər qüvvələr kimi ermənilərdən bir alət kimi istifadə edirlər. Alət rolu oynamağa adət edən ermənilər isə istifadə olunmuş əşya kimi zibilliyə atılır. Təəssüflər olsun ki, ermənilər tarixin son dövrünün acı dərslərindən nəticə çıxarmaq əvəzinə yenə də səhvlərini təkrarlamaqdadırlar. Çünki cənab Prezidentin yürütdüyü uzaqgörən və qətiyyətli siyasəti nəticəsində ABŞ-nin Azərbaycana qarşı yürütdüyü növbəti məkrli plan iflasa uğrayacaq və ermənilər də rolunu oynadıqdan sonra lazımsız əşya kimi atılacaqlar", - o qeyd edib.

Mürtəza
Azreform.info