Aviaşouda xaos yarandı: 5 ölü, onlarla yaralı - Hindistanda

7
Okt
2024
13:42

Hindistanda keçirilən avişouda baş verən faciədə xeyli sayda insan susuzluq və izdiham nəticəsində ölüb və yaralanıb.

Azreform.info xəbər verir ki, hadisə bazar günü Hindistanda Çennayda keçirilən aviaşouda baş verib.

“The Indian Express”in məlumatına görə, faciə Hindistan Hərbi Hava Qüvvələrinin 92-ci ildönümünə həsr olunmuş aviaşouya tamaşa etmək üçün Marina çimərliyinə 1,2 milyon tamaşaçı toplaşarkən baş verib.

Hakimiyyət və təşkilatçılar bu cür insan axınına hazır olmayıblar. Şounun sonunda çıxışda qarışıqlıq və izdiham yaranıb. Nəticədə 2-3 nəfər ölüb, 40 tamaşaçı yaralanıb və xəstəxanaya yerləşdirilib. 36 dərəcə istidə hava şousu zamanı 150 ziyarətçi susuzluq səbəbindən təcili tibbi yardıma müraciət edib. Onlardan bəziləri dünyasını dəyişib. 

Ümumilikdə ən azı 5 nəfər ölüb.

Mürtəza
Azreform.info